Gədəbəydə həmkəndlisini öldürən şəxsə hökm oxunub
Hadisə
- 02 iyul, 2018
- 08:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 2 iyul. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rəşad Süleymanovun məhkəməsi davam etdirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, proses hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilib.
O, məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 9 da Gədəbəy rayonunun Söyüdlü kəndində baş verib. Rəşad Tapdıq oğlu Süleymanov mübahisə zəminində həmkəndlisi İbrahim Nəcəf oğlu Həsənəliyevi bıçaqlayaraq qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) və 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.
Son xəbərlər
12:21
Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
Maliyyə
12:20
"Tvente" tarixinin ən böyük səfər qələbəsini qazanıb
Futbol
12:15
Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı üçün təkliflər irəli sürüb
Mədəniyyət siyasəti
12:12
AMB sədri: "Gələn il büdcə kəsirinin borclanma ilə maliyyələşdirilməsi inflyasiyaya ciddi təsir etməyəcək"
Maliyyə
12:11
Azərbaycanda son 7 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artıb
Biznes
12:03
Foto
Türk Dünyası Kino Zirvəsində Azərbaycanın kino sənayesi geniş şəkildə nümayiş etdirilib
İncəsənət
12:00
"Şahdəniz" yatağından 9 ayda 20 milyard kubmetr qaz hasil edilib
Energetika
12:00
Gələn il İSF-nin büdcəsi 300 milyon manatdan çox olacaq
Maliyyə
11:59
Foto
Azərbaycanlı tələbələrin Çinin aparıcı universitetlərində təhsil imkanları müzakirə edilib
Digər