Gədəbəydə evdən oğurluq edən şəxs saxlanılıb

Gədəbəydə evdən oğurluq edən şəxs saxlanılıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
2 Noyabr , 2017 13:43
Gədəbəydə evdən oğurluq edən şəxs saxlanılıb

Gədəbəy. 2 noyabr. REPORT.AZ/ Gədəbəy rayonunda evdən oğurluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"un yerli bürosuna verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mənzillərdən birindən oğurluq edən şəxs tutulub.

Belə ki, Slavyanka kənd sakini olan bir qadın RPŞ-yə müraciət edərək ona məxsus evdən oğurluq olduğunu bildirib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəli müəyyən edilib və saxlanılaraq polis şöbəsinə gətirilib. Aparılan araşdırmalar zamanı Slavyanka kənd sakini Ədalət Rzayev etiraf edib ki, pəncərəsini sındıraraq daxil olduğu evdən yataq dəstləri, məişət əşyaları, bir ədəd qadın əl çantası, 5000 rubl və 70 manat oğurlayıb.

Qeyd edək ki, RPŞ-nin əməkdaşları oğurlanan məişət əşyalarını maddi sübut kimi götürsələr də, saxlanılan şəxs pulu xərclədiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi