Gədəbəydə avtomobillər toqquşub, ölən var

Gədəbəydə avtomobillər toqquşub, ölən var Gədəbəy rayonunda ölümlə nəticələn yol qəzası baş verib.
Hadisə
18 Dekabr , 2020 12:57
Gədəbəydə avtomobillər toqquşub, ölən var
0 : 00
0 : 00

Gədəbəy rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 17-i saat 19 radələrində Gədəbəy rayonu ərazisində Qarabulaq kənd sakini E.Abdullayevin idarə etdiyi “VAZ-21011” və Ş.Xudaverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Abdullayevin sərnişini olan həmkəndlisi Zabit Məmmədov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi