Gədəbəydə avtomobil qaçıran şəxslər saxlanılıblar

Gədəbəydə avtomobil qaçıran şəxslər saxlanılıblar Gədəbəy. 3 may. REPORT.AZ/ Gədəbəy rayonunda avtomobil qaçıran 2 nəfər saxlanılıb.
Hadisə
3 May , 2018 10:05
Gədəbəydə avtomobil qaçıran şəxslər saxlanılıblar

Gədəbəy. 3 may. REPORT.AZ/ Gədəbəy rayonunda avtomobil qaçıran 2 nəfər saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Gədəbəy rayonunun Soyuqbulaq kənd sakini, 1986-cı il təvəllüdlü Məqsəd Qurbanov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, avtovağzal ərazisəndə ona məxsuz "Niva" markalı avtomobilin tanımadığı şəxlər tərəfindən qaçırıldığını bildirib.

Faktla bağlı dərhal Gədəbəy RPŞ-də əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobilin yerinin müəyyənləşməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində müəyyən olunub ki, avtomobili Gədəbəy rayon sakinləri, 1992-ci il təvəllüdlü Əfqan Əliyev və 1993-cü il təvəllüdlü Hafiz Abdullayev qaçırıb.

Saxlanılan şəxslər ilkin ifadələrində avtomobili rayon ərazisində gəzmək məqsədilə qaçırdıqlarını deyiblər.

Fakla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi