Gədəbəydə ata və anasını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Gədəbəydə ata və anasını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib Məhkəmənin hazırlıq iclası oktyabrın 24-nə təyin edilib
Hadisə
18 Oktyabr , 2018 09:19
Gədəbəydə ata və anasını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Gədəbəy rayonunda ata və anasını öldürməkdə təqsirləndirilən Şöhrət Məsimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, Gədəbəy Rayon Prokurorluğunda araşdırılan ibtidai istintaq yekunlaşdırılaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin sentyabr ayının 21-də Gədəbəy rayonunun Qurudərə kəndində baş verib.

Son xəbərlər

Orphus sistemi