Gədəbəydə 22 yaşlı oğlan özünü asıb

Gədəbəydə 22 yaşlı oğlan özünü asıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
24 Yanvar , 2017 09:43
Gədəbəydə 22 yaşlı oğlan özünü asıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Gədəbəy rayonunda gənc oğlan özünü babasının evində asıb.

"Report"un xəbərinə görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü İbrahimov Emin Nadir oğlu babasına məxsus fərdi yaşayış evində özünü iplə tavandan asıb. Hazırda onun vəziyyəti ağırdır.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi