Gədəbəydə 20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirib - YENİLƏNİB

Gədəbəydə 20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirib - YENİLƏNİB Qardaşını qətlə yetirməkdə şübhəli bilinən bacı saxlanılıb
Hadisə
17 İyul , 2018 11:07
Gədəbəydə 20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirib - YENİLƏNİB

Gədəbəy. 17 iyul. REPORT.AZ/ Gədəbəy rayonunda 17 yaşlı qardaşını bıçaqlayaraq qətlə yetirən 20 yaşlı qız saxlanılıb.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Slavyanka kənd sakini, 1998-ci il təvəllüdlü Sevinc Sübhan qızı Alıyeva qardaşı 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinərək Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Qeyd edək ki, S.Alıyevanın valideynləri hadisənin ehtiyyatsızlıqdan baş verdiyini bildiriblər. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


***8:19

Gədəbəy. 17 iyul. REPORT.AZ/ Gədəbəy rayonunda 17 yaşlı oğlan bacısı tərəfindən bıçaqlanaraq öldürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Slavyanka kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Alıyev Samir Sübhan oğlu boğazından bıçaqlanaraq ölüb. Yaxınları 17 yaşlı oğlanın bədbəxt hadisə zamanı öldüyünü bildirib.

Məlumata görə, S.Alıyevin bacısı, 1998-ci il təvəllüdlü Sevinc Sübhan qızı Alıyeva əlində olan bıçaqla ehtiyyatsızlıqdan qardaşının boğazına vurub. Bıçaq 17 yaşlı qardaşının boğazına girərək şah damarını kəsib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi