​Gədəbəy sakinini sel aparıb - FOTO

​Gədəbəy sakinini sel aparıb - FOTO 32 yaşlı gəncin meyiti sudan çıxarılıb
Hadisə
17 İyun , 2016 00:45
​Gədəbəy sakinini sel aparıb - FOTO

Gədəbəy. 17 iyun. REPORT.AZ/ Gədəbəy rayonunda təbii fəlakət nəticəsində yerli sakini sel aparıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə iyunun 16-da axşam saatlarında baş verib.

Bədbəxt hadisə Gədəbəyə yağan dolu və güclü yağışdan sonra qeydə alınıb. Belə ki, güclü yağış nəticəsində Başkənd gölü daşıb. Bu zaman meşədən odun gətirən Düzrəsullu kənd sakini, 32 yaşlı Osman Rzayevi sel aparıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Dolu, əsasən Şınıx bölgəsinin kəndlərini, İvanovka, Çobankənd, Saratovka, Qızıltorpağa yağıb. Təbiət hadisəsi nəticəsində, həmçinin təsərrüfata ciddi ziyan dəyib. Başkənd və Göyəllidə sel yolları yuyub.

Son xəbərlər

Orphus sistemi