Bakı. 30 dekabr. REPORT.AZ/ Gədəbəy rayon sakini Bakıda dəm qazından zəhərlənib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 29-da Gədəbəy rayon sakini Ruslan Paşayev paytaxtın Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.