Sərhədçilər Füzulidə 8 kq-dan artıq narkotik aşkarlayıb
Hadisə
- 19 aprel, 2022
- 09:02
Füzulidə sərhədçilər 8 kq-dan artıq narkotik aşkarlayıb.
Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 18-də saat 12:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin rayonun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən kolluqların arasında 1 ədəd ağ rəngli bağlama aşkarlanıb.
Bağlamanın içərisindən çəkisi 8 kiloqram 200 qram narkotik vasitəyə (6 kiloqram 500 qram marixuana, 1 kiloqram heroin) bənzər maddələr və psixotrop tərkibli 780 ədəd metadon-40 dərman preparatı aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
08:04
Goranboyda sursat anbarında yanğın baş verib, xəsarət alan olmayıb - YENİLƏNİB
Hadisə07:52
"Axios": ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib
Digər ölkələr07:29
Tramp G20-nin maliyyə nazirlərinin görüşünü pozitiv adlandırıb
Digər ölkələr07:09
Bessent: ABŞ İranla sülh müqaviləsi bağlamaq istəyir
Digər ölkələr06:37
Venesuela parlamenti ABŞ ilə neft müqaviləsini dəstəkləyib
Digər ölkələr06:13
Rumıniyada onlarla turist qidadan zəhərlənib
Digər ölkələr05:48
Bessent: G20 Çinin mövqeyinə görə birgə kommünikedə razılığa gələ bilməyib
Digər ölkələr05:21
Peru İranla diplomatik əlaqələri kəsib
Digər ölkələr04:55