Bakı. 2 iyul. REPORT.AZ/ Füzuli rayonunun Horadiz kəndində 1 ədəd partlamamış hərbi sursat - 122 mm-lik 9M22U raketinin (Qrad) partladıcı başlığı aşkar edilib.
Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.
Ağdam rayonu
Əhmədağalı kəndi – 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış top mərmisinin qalıqları aşkar edilib, nəticə etibarı ilə 3 000 kv. m ərazi yoxlanılıb.
Cəmi: 1 əkin sahəsi, 2 partlayış yeri, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 3 000 kv. m ərazi yoxlanılıb.
(DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)
Füzuli rayonu
Horadiz kəndi – 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik 9M22U raketinin (Qrad) partladıcı başlığı) aşkar edilib, nəticə etibarı ilə 1 200 kv. m ərazi yoxlanılıb.
Cəmi:1 əkin sahəsi, 2 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik 9M22U raketinin (Qrad) partladıcı başlığı) aşkar edilib, nəticə etibarı ilə 1 200 kv. m ərazi yoxlanılıb.
(DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)
2 iyul tarixində 2 əkin sahəsi, 4 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik 9M22U raketinin (Qrad) partladıcı başlığı) aşkar edilib, gün ərzində 4 200 kv. m ərazi təmizlənib.