Azad edilmiş ərazidə mülki şəxslər minaya düşüb, ölən və yaralanan var, araşdırma aparılır - YENİLƏNİB

Azad edilmiş ərazidə mülki şəxslər minaya düşüb, ölən və yaralanan var, araşdırma aparılır - YENİLƏNİB Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən əra
Hadisə
13 Oktyabr , 2023 14:51
Azad edilmiş ərazidə mülki şəxslər minaya düşüb, ölən və yaralanan var, araşdırma aparılır - YENİLƏNİB

Azad edilmiş ərazidə 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır.

"Report" xəbər verir ki, bu barədə Xocavənd Rayon Prokurorluğu məlumat yayıb.

Belə ki, oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş ərazidə 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı hadisə nəticəsində “Qazel” markalı avtomobilin sürücüsü, Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

10.21

Bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "Qazel" markalı maşının sürücüsü - 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınının sürücüsü - 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.

Son xəbərlər

Orphus sistemi