Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Füzuli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı polis postlarından kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən Beyləqan rayon sakini olan 13 nəfər 5 avtomaşınla birlikdə rayonun Alxanlı kəndi ərazisində müəyyən edilərək saxlanılıb.
Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib, müvafiq araşdırmalarla onların barəsində protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim edilib.
Füzulidə azad olunan ərazilərə keçmək istəyən daha 13 nəfər saxlanıldı
Hadisə
31 mart 2021
06:59
0 : 00
0 : 00

Son xəbərlər
05:20
Britaniya Müdafiə Nazirliyi süni intellekt və haker bölmələrinə 1,35 milyard dollar xərcləyəcəkDigər ölkələr03:03
FotoBelçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdirXarici siyasət01:57
KİV: İran aktivlərin dondurulmasının ləğvi qarşılığında uranın zənginləşdirilməsini dayandırmağa hazırdırRegion00:46
BMT Komissiyası: Rusiyanın Ukraynada əhaliyə dron zərbələri insanlıq əleyhinə cinayət kimi qiymətləndirilirDigər ölkələr