Füzulidə avtomobil yolu keçən şəxsi vuraraq öldürüb - YENİLƏNİB

Füzulidə avtomobil yolu keçən şəxsi vuraraq öldürüb - YENİLƏNİB Füzuli. 2 yanvar. REPORT.AZ/ Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ölən və hadisəni törədən şəxsin adı məlum olub. 
Hadisə
2 Yanvar , 2018 16:38
Füzulidə avtomobil yolu keçən şəxsi vuraraq öldürüb - YENİLƏNİB

Füzuli. 2 yanvar. REPORT.AZ/ Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ölən və hadisəni törədən şəxsin adı məlum olub. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayon sakini Zamil Misirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 5-ci Zobucuq qəsəbə sakini, 1961-ci il təvəllüdlü Nəbi Əhmədovu vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirilib. 


***15:02

Füzuli. 2 yanvar. REPORT.AZ/ Füzuli rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report" Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Kürdmahmudlu kəndində qeydə alınıb. 

İlkin məlumatlara görə, “Mercedes” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hələlik adı məlum olmayan şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi