Füzulidə avtomobillə qadını vuran sürücü hadisə yerindən qaçıb

Füzulidə avtomobillə qadını vuran sürücü hadisə yerindən qaçıb Füzuli rayonunda yol qəzası olub.
Hadisə
30 Sentyabr , 2021 13:20
Füzulidə avtomobillə qadını vuran sürücü hadisə yerindən qaçıb
0 : 00
0 : 00

Füzuli rayonunda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 29-da saat 19 radələrində rayonun Horadiz şəhəri ərazisində müəyyən edilməyən avtomobillə şəhər sakini Gülnaz Səfərova vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Füzuli Rayon Polis Şöbəsin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Lada Priora” markalı avtomobilin sürücüsü, Horadiz şəhər sakini İ.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi