Füzulidə 2 ədəd BR-21 raketinin partlamış qalıqları aşkarlanıb

Füzulidə 2 ədəd BR-21 raketinin partlamış qalıqları aşkarlanıb Ümumilikdə 15 min 705 kv. m ərazi təmizlənib
Hadisə
16 May , 2016 00:59
Füzulidə 2 ədəd BR-21 raketinin partlamış qalıqları aşkarlanıb

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, mayın 15-də 2 ev və həyətyanı sahədə, 4 otlaq sahəsi, 1 əkin sahəsi və 2 taxıl sahəsi də daxil olmaqla 9 partlayış yerinə baxış keçirilib, gün ərzində 15 705 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Əskipara kəndi - 2 ev və həyətyanı sahədə 2 şübhəli əraziyə baxış keçirilib. Şübhəli ərazilər müvafiq olaraq 180 və 50 sm dərinliyində qazılıb və orada partlamış sursatın qalıqları aşkar edilib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 7 500 kv. m. ərazi yoxlanılıb.

Cəmilli kəndi - 1 əkin sahəsinə və 2 taxıl sahəsinə baxış keçrilib, partlamamış sursat aşkar edilməyib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 6500 kv. m ərazi yoxlanılıb. Ərazidə əməliyyat növbəti gün də davam etdiriləcək.

Qaynaq kəndi - 2 otlaq sahəsinə baxış keçirib, 1 ədəd 122 mm-lik top mərmisi olmaqla ümumilikdə 2 ədəd top mərmisi partlamış halda aşkar edilib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 1 100 kv. m ərazi yoxlanılıb.

Cəmi:2 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, 2 otlaq və 2 taxıl sahəsinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, 15 100 kv.m ərazi qəlpə və digər çirklənmədən təmizlənib.

Füzuli rayonu

Şükürbəyli kəndi – 2 otlaq sahəsinə baxış keçirilib, 1 m. dərinlikdən 2 ədəd BR-21 raketinin partlamış qalıqları aşkarlanıb, nəticə etibarı ilə 605 kv. m ərazi qəlpə və digər çirklənmədən təmizlənib.

Cəmi:2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və nəticə etibarilə 605 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 15 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 482 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 420 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi