Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindəniyunun 1-də Füzuli, Ağdam və Tərtər rayonlarında aşkarlanan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.
“Report” Agentliyə istinadən xəbər verir ki, 1 iyun tarixində 7 ev və həyətyanı sahə, 6 əkin sahəsi, 22 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd Qrad raketinin mühərrik hissəsi, 1 ədəd Qrad raketi və 1 ədəd 100 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 43 889 kv. m ərazi təmizlənib.
Tərtər rayonu
Şıxarx kəndi - 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 15 000 kv. m ərazi yoxlanılıb.
Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb.
Qarağacı kəndi – 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib və partlamamış hərbi sursat aşkar olunmayıb, nəticə etibarı ilə 4 000 kv. m ərazi yoxlanılıb.
(DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)
Cəmi:4 ev və həyatyanı sahə, 13 partlayış yerinə baxış keçirilib, 2 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb və nəticə etibarilə 27 000 kv. m ərazi təmizlənib.
Ağdam rayonu
Qaradağlı kəndi - 3 ev və həyətyanı sahə və 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 4 500 kv. m ərazi yoxlanılıb.
Ballar kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılıb.
Cəmi: 3 ev və həyətyanı sahə və 2 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 14 500 kv. m ərazi yoxlanılıb.
Füzuli rayonu
Horadiz şəhəri – 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (1 partlamamış BM-21 raketi və 1 ədəd 100 mm-lik top mərmisi) aşkar edilib, nəticə etibarı ilə 2 389 kv. m ərazi yoxlanılıb.
Cəmi:4 əkin sahəsi, 4 partlayış yeri aşkar edilib, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd partlamamış Qrad raketi və 1 ədəd 100 mm-lik top mərmisi) aşkar edilib, nəticə etibarilə 2 389 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 01 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 555 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 483 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.









