Rayon İcra Hakimiyyəti başçısının keçmiş nümayəndəsinin şikayəti əsasında məhkəmə başlayıb

Rayon İcra Hakimiyyəti başçısının keçmiş nümayəndəsinin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti prosesi avqustun 1-nə təyin edilib
Hadisə
19 İyul , 2016 10:30
Rayon İcra Hakimiyyəti başçısının keçmiş nümayəndəsinin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 19 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qanunsuz olaraq silah gəzdirmədə təqsirləndirilən Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə keçmiş nümayəndəsi Şakir Hacıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi avqustun 1-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu il yanvarın 14-də hüquq-mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Ş.Hacıyevin paytaxtın Binəqədi rayonu ərazisində yaşadığı mənzildə axtarış aparılarkən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilərək saxlanılmış odlu silah hesab edilən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha aid içərisində 5 ədəd 9 mm kalibrli patronlar olan sandıqça aşkar edilərək götürülüb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

Qeyd olunan cinayətin Ş.Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub və barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Ş.Hacıyev 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi