Futbol üzrə Azərbaycan yığmasını Belfastdan gətirən təyyarə Bakıya dönüb

Futbol üzrə Azərbaycan yığmasını Belfastdan gətirən təyyarə Bakıya dönüb Təxirə salınan uçuş təyyarədəki nasazlığa görə daha bir saat yarım gecikib
Hadisə
12 Noyabr , 2016 19:46
Futbol üzrə Azərbaycan yığmasını Belfastdan gətirən təyyarə Bakıya dönüb

Bakı. 12 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisini Şimali İrlandiyanın paytaxtı Belfast şəhərindən gətirən AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

"Report"un xəbərinə görə, təxirə salınan uçuş Bakı vaxtı ilə saat 13:00-a nəzərdə tutulsa da, təyyarədəki nasazlığa görə daha bir saat yarım gecikib. Nəhayət, 5 saatlıq uçuşdan sonra təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Qeyd edək ki, futbol üzrə Azərbaycan yığması 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə oyundan dərhal sonra Bakıya qayıtmalı olsa da, təyyarədəki texniki nasazlıq səbəbindən uçuş təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi