Fuad Qəhrəmanlıya Nardaran hadisələri zamanı saxlanılanlar barəsində ekspertiza qərarları elan olunub

Fuad Qəhrəmanlıya Nardaran hadisələri zamanı saxlanılanlar barəsində ekspertiza qərarları elan olunub İstintaq hərəkətləri davam etdirilir
Hadisə
30 Mart , 2016 16:50
Fuad Qəhrəmanlıya Nardaran hadisələri zamanı saxlanılanlar barəsində ekspertiza qərarları elan olunub

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Bakı İstintaq Təcridxanasında həsbdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı barəsində istintaq hərəkətləri aparılıb.

Bu barədə "Report"a F.Qəhrəmanlının vəkili Nemət Kərimli məlumat verib.

Vəkilin sözlərinə görə, istintaq hərəkətləri ondan ibarət olub ki, həmin hadisə ilə bağlı ittiham olunan digər şəxslər (Nardaran hadisələri zamanı təqsirləndirilən şəxslər) barəsində ekspertiza qərarları və rəyləri F.Qəhrəmanlıya elan olunub: "Fuad Qəhrəmanlı ona adiyyəti olmadığı üçün həmin ekspertiza qərarları və rəylərini imzalamaqdan imtina edib".

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ötən il dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə qərarı ilə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Mart ayının əvvəlində isə Nəsimi Rayon Məhkəməsində Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin müddəti iki ay uzadılıb.
F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi