​Fuad Qəhrəmanlının apellyasiya şikayəti təmin edilməyib

​Fuad Qəhrəmanlının apellyasiya şikayəti təmin edilməyib Proses hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilib
Hadisə
14 Dekabr , 2015 16:02
​Fuad Qəhrəmanlının apellyasiya şikayəti təmin edilməyib

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi