Fransanın cənubundakı dəmir yolu xəttində iyulun 24-də qatar relsdən çıxıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin baş verməsinə səbəb sürüşmə olub.
Məlumata görə, xilasedicilər vaqonlarda olan insanlara kömək etmək üçün hadisə cəlb olunublar.
Qeyd edilib ki, maşinist də daxil olmaqla, qatardakı doqquz nəfərdən beşi yüngül xəsarət alıb.