Bakı. 2 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda döyüş sursatları aşkarlanıb.
"Report" FHN-nin rəsmi saytında istinadla xəbər verir ki, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və aşkarlanmış sursatlara baxış keçiriblər.
Məlum olub ki, bunlar istifadəyə yararlı 1 ədəd RQD-5 əl qumbarası və KPM-3U qurğusudur. Sursatlar aidiyyəti üzrə təhvil verilib.
Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirərək digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 17:55-də başa çatıb.