Fırıldaqçılığa görə axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub

Fırıldaqçılığa görə axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub Yoxlanış nəticəsində onun cinayət məsuliyyətinə cəlb olunması məqsədilə Azərbaycanın səlahiyyətli orqanlarına verilməsi qərara alınıb
Hadisə
25 Yanvar , 2016 13:54
Fırıldaqçılığa görə axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiya prokurorluğunun həyata keçirdiyi yoxlanış nəticəsində Xantı-Mansiysk muxtar rayonunda gizlənən azərbaycanlı cinayətkar Azərbaycanın səlahiyyətli orqanlarına verilib.

"Report" Rusiya Federasiyası Prokurorluğunun saytına istinadən xəbər verir ki, cinayət məsuliyyətinə cəlb olunması məqsədilə Sakit Namazov Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Fırıldaqçılıqda ittiham olunan S.Namazov istintaqdan qaçıb gizləndiyinə görə, məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və barəsində axtarış elan edilib.

Xatırladaq ki, S.Namazov 2015-ci ilin iyul ayında əməliyyat-axtarış tədbirləri çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Surqut şəhərində saxlanılmışdı.

Son xəbərlər

Orphus sistemi