FHN Yeni İl bayramı ilə bağlı əhaliyə təhlükəsizlik xəbərdarlığı edib

FHN Yeni İl bayramı ilə bağlı əhaliyə təhlükəsizlik xəbərdarlığı edib "Yeni İl bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır"
Hadisə
29 Dekabr , 2014 16:18
FHN Yeni İl bayramı ilə bağlı əhaliyə təhlükəsizlik xəbərdarlığı edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni İl bayramında yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı əhaliyə xəbərdarlıq edib. "Report"un xəbərinə görə, xəbərdarlıq mətnində bildirilir ki, Yeni İl bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bu səbəbdən bir sıra təhlükəsizlik qaydalarını hər kəs bilməlidir.

Belə ki, vətəndaşlar tərəfindən evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır, küknar ağacını işıqlandırarkən yalnız standarta uyğun və saz vəziyyətdə olan elektrik qurğu və cihazlarından istifadə edilməlidir, ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə odadavamlı məhlula hopdurulmalıdır, küknar ağacı olan otaqda atəşfəşanlıq edilməməlidir.

Həmçinin bayram şənlikləri ikinci mərtəbədən yuxarıda olmayan otaqda keçirilməlidir, otağın divarları, arakəsmələri, tavan və döşəməsi oda davamlı olmalıdır, məkanın iki çıxış qapısı olmalıdır, ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalıdır, otağın qapıları mütləq bayıra açılmalıdır, dəmir barmaqlıqlı pəncərəsi olan otaqda Yeni İl şənliyi keçirilməməlidir, şənlikdə məkan üçün nəzərdə tutulan saydan artıq insan olmamalıdır, şənlik zamanı işıq tam söndürülməməlidir, şənliyə pambıq, tənzif, kağız və bu cür tezalışan materialdan paltar geyinilməməlidir, şənlik məkanı ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Son xəbərlər

Orphus sistemi