Bakı. 13 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Xətai rayonunda hündürmərtəbəli binada baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. "Report"un FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı vətəndaşa məxsus ümümi sahəsi 70 kv.m olan modalar evində 5 kv.m sahədə tikiş ləvazimatları yanıb. Atelye yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
FHN Xətaidə hündürmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb
Hadisə
13 noyabr 2014
14:05


Son xəbərlər
