FHN xəstəxanasında çalışanlar əməkhaqlarının verilməməsindən şikayətçidirlər

FHN xəstəxanasında çalışanlar əməkhaqlarının verilməməsindən şikayətçidirlər Yaxın günlərdə şikayətçilərin maaşları veriləcək
Hadisə
1536
23 Fevral , 2021 15:10
FHN xəstəxanasında çalışanlar əməkhaqlarının verilməməsindən şikayətçidirlər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Xəstəxanasında çalışmış bir qrup şəxs xəstəxananın qarşısına toplaşıblar.

“Report”un xəbərinə görə, onlar əməkhaqlarının verilməməsindən şikayətlənirlər.

Həmçinin onlar qanunsuz olaraq işdən çıxarıldıqlarını və istirahət günlərində çalışdıqlarını da deyiblər.

FHN-in Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva jurnalistlərə bildirib ki, yaxın günlərdə şikayətçilərin maaşları veriləcək.

Son xəbərlər

Orphus sistemi