FHN Qubada kanalda batan şəxslərlə bağlı məlumat yayıb

FHN Qubada kanalda batan şəxslərlə bağlı məlumat yayıb Bakı. 8 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda iki nəfərin kanala düşərək batması barədə məlumat yayıb.
Hadisə
116
8 Aprel , 2018 15:45
FHN Qubada kanalda batan şəxslərlə bağlı məlumat yayıb

Bakı. 8 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda iki nəfərin kanala düşərək batması barədə məlumat yayıb.

“Report” xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı ehtimal edilir.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi