FHN: "Qəbələdə yanğınla mübarizə tədbirləri davam etdirilir"

FHN: "Qəbələdə yanğınla mübarizə tədbirləri davam etdirilir" Fövqəladə Hallar Nazirliyinin qüvvələri Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğınla mübarizə tədbirlərini davam etdirir. Yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə Fövqəladə Hallar Nazirliyi Döv
Hadisə
278
30 Avqust , 2021 17:50
FHN: Qəbələdə yanğınla mübarizə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğınla mübarizə tədbirlərini davam etdirir.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 168 nəfərdən ibarət şəxsi heyəti və 5 texnikası, Mülki müdafiə qoşunlarının 45 nəfərdən ibarət şəxsi heyəti və 3 texnikası, Şimal-qərb Regional Mərkəzinin 20 nəfərdən ibarət şəxsi heyəti və 5 texnikası, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin 25 nəfər əməkdaşı və 15 nəfər yerli sakin iştirak edir.

Ərazinin mürəkkəb relyefli, havanın isə mütəmadi güclənən küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğının söndürülməsi istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi