FHN: Qəbələdə yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir

FHN: Qəbələdə yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri də cəlb olunub
Hadisə
1 Sentyabr , 2017 17:30
FHN: Qəbələdə yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir

Bakı. 1 sentyabr. REPORT.AZ/ Qəbələ rayonu ərazisində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

FHN-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yanğınsöndürmə işlərinə nazirliyin Aviasiya dəstəsinin helikopteri də cəlb olunub.

Son xəbərlər

Orphus sistemi