FHN Qaxda uşaq bağçasında yanğınla bağlı məlumat yayıb

FHN Qaxda uşaq bağçasında yanğınla bağlı məlumat yayıb Məlumatda 1 otağın və dam örtüyünün yandığı bildirilir
Hadisə
26 Dekabr , 2016 00:14
FHN Qaxda uşaq bağçasında yanğınla bağlı məlumat yayıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün axşam saatlarında Qax rayonundakı uşaq bağçalarından birində baş vermiş yanğınla bağlı məlumat yayıb.

"Report" FHN-in saytına istinadən xəbər verir ki, məlumatda rayonun Cəlayir kəndində İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 252 m2 olan kürsülü birmərtəbəli 7 otaqdan ibarət uşaq bağçasında yanğın nəticəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 50 m2 sahədə yandığı bildirilir.

Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi