Yuxarı
    Bağlamaq

    ​FHN poliuretan materialla üzlənmiş binaların mühafizəsini gücləndirib

    Hazırda nazirliyin 460 əməkdaşı 250-dən artıq binanın ətrafında təhlükəsizliyin təmin edilməsi məqsədilə növbə çəkir

    Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi respublikanın şəhər və rayonlarında poliuretan materialla üzlənmiş binaların mühafizəsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirib. Bu barədə "Report"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda bildirilir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Bakı Regional Mərkəzinin ümumilikdə 460 əməkdaşı hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Şəmkir, Qazax, Ağcabədi, Beyləqan, Bərdə, Yevlax, Göyçay, Goranboy, Neftçala, Şirvan, Lənkəran və Astara şəhərləri üzrə poliuretan materialla üzlənmiş cəmi 250-dən artıq binanın ətrafında təhlükəsizliyin təmin edilməsi məqsədilə növbə çəkir.

    Bundan əlavə, ölkə üzrə ümumilikdə 43 yanğınsöndürmə avtomobili heyəti ilə həmin binaların mühafizəsinə cəlb olunmaqla fasiləsiz növbə çəkir. Nazirliyin potensialı imkan verir ki, zərurət yarandıqda bu məqsədlə ayrılan şəxsi heyət və texnikanın sayı artırılsın. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi