FHN məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb

FHN məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb Yanğın qarşısı yanğınsöndürənlər tərəfindən alınıb
Hadisə
4 Dekabr , 2014 13:19
FHN məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Binəqədi rayonunda yerləşən 102 saylı orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb. "Report"un FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunda, Təhsil Nazirliyinə məxsus orta məktəbin ümumi sahəsi 40 kv.m olan qazanxananın xarici divarından keçən diametri 51 mm olan qaz xəttində alışma olub. Yanğın nəticəsində qazanxananın damında 1 p.m atma taxta yanıb. Qazanxana yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi