Yuxarı
    Bağlamaq

    FHN intihara cəhd edən şəxsi xilas edib

    Psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib

    Bakı. 29 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri Sabunçu rayonunda intihara cəhdlə bağlı məlumat yayıb.

    "Report"un FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat daxil olandan sonra, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

    Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş asma körpünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi