FHN-in təyyarəsi neftçi olduğu ehtimal edilən meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb

FHN-in təyyarəsi neftçi olduğu ehtimal edilən meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb Meyitin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir
Hadisə
22 Aprel , 2016 10:23
FHN-in təyyarəsi neftçi olduğu ehtimal edilən meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb

Bakı. 22 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi tapılmış meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb.

Bu barədə "Report"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

"Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi