Sel təhlükəsi ilə üzləşən Biləsuvarda son vəziyyət açıqlanıb - YENİLƏNİB

Sel təhlükəsi ilə üzləşən Biləsuvarda son vəziyyət açıqlanıb - YENİLƏNİB Biləsuvar rayonunda Bolqarçay çayında suyun səviyyəsinin artması ilə əlaqədar gözlənilən sel təhlükəsinin qarşısının alınması istiqamətində görülən işlər açıqlanıb.
Hadisə
15 İyun , 2023 09:31
Sel təhlükəsi ilə üzləşən Biləsuvarda son vəziyyət açıqlanıb - YENİLƏNİB

Biləsuvar rayonunda Bolqarçay çayında suyun səviyyəsinin artması ilə əlaqədar gözlənilən sel təhlükəsinin qarşısının alınması istiqamətində görülən işlər açıqlanıb.

Bu barədə "Report"un yerli bürosuna Sel sularının qarşısının alınması və əhalinin təhlükəsiz təxliyəsi məqsədilə yaradılan xüsusi qərargahdan məlumat verilib.

Bildirilib ki, ötən gün axşam saatlarından başlayaraq İran ərazisindən təxminən 40-45 kubmetr/saniyə sürəti ilə böyük su kütləsinin Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olması nəticəsində sel təhlükəsi yaranıb.

Sel sularının qarşısının alınması məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, FHN-in Şirvan-Salyan Regional bölməsinin və aidiyyəti idarə, müəssisə və təşkilatların iştirakı ilə yaradılmış qərargahın rəhbərliyi ilə gecə boyu texnikalar vasitəsilə çay üzərində qabaqlayıcı tədbirlər həyata keçirilib.

Beləliklə, Bolqarçay su anbarında yığılmış su kütləsi vaxtında boşaldılaraq daxil olan sel sularının bir hissəsi su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilib.

Bundan əlavə, çayın müxtəlif hissələrində bəndvurma və sahilbərkitmə işləri aparılıb. Selin yarada biləcəyi fəsadların qarşısının alınması və sakinlərin təhlükəsizliyi məqsədilə çayboyu yerləşən yaşayış məntəqələrinin əhalisi qabaqcadan məlumatlandırılıb.

Bu gün saat 06:00-dan başlayaraq çayda suyun səviyyəsi azalaraq normal vəziyyətə düşmüş və görülmüş tədbirlər nəticəsində, sel suları heç bir dağıntı və təlafata səbəb olmayıb.

01.56

Bolqarçay su anbarının yaxınlığında qərargah qurulub.

"Report"un Muğan bürosunun məlumatına görə, FHN-in Muğan Regional Mərkəzinin 22 nəfərdən ibarət xilasedicilər və 5 nəfərlik sularda xilasetmə dalğıcları Bolqarçay su anbarının yaxınlığında qərargah qurublar.

Qərargah müşahidə xarakteri daşıyır.

Qeyd edək ki, artıq İran İslam Respublikası ərazisindən Bolqarçaya 5 kubdan çox su Azərbaycan ərazisinə keçdiyi müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi