FHN-in əsgəri intihara cəhd edib

FHN-in əsgəri intihara cəhd edib Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
17 Oktyabr , 2017 15:31
FHN-in əsgəri intihara cəhd edib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) əsgəri hərbi xidmət vaxtı naməlum şəkildə yaralanıb.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, FHN-in N saylı hərbi hissəsində xidmət edən Xaçmaz rayonunun Ağyazı kəndində anadan olmuş 1997-ci il təvəllüdlü Əliyev Elşad Mərdan oğlu qarın nahiyəsindən 4 bıçaq xəsarəti alıb.

Yaralı əsgər xəstəxanaya yerləşdirilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində əsəbi olduğunu, bu səbəbdən özünü bıçaqlayaraq intihara cəhd etdiyini deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, E.Əliyev 4 aydır ki, N saylı hərbi hissədə qulluq edir.

Son xəbərlər

Orphus sistemi