FHN-in Elmi-Tədqiqat İnstitutunda eyni vaxtda 90 nəfər tədris ala biləcək

FHN-in Elmi-Tədqiqat İnstitutunda eyni vaxtda 90 nəfər tədris ala biləcək Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin (SİTGDMDA) Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən sənaye obyektlərin
Hadisə
6 İyul , 2022 12:12
FHN-in Elmi-Tədqiqat İnstitutunda eyni vaxtda 90 nəfər tədris ala biləcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda eyni vaxtda 90 nəfərdən çox iştirakçıya tədris vermək üçün hər cür şərait yaradılıb.

"Report"un xəbərinə görə, bunu institututun şöbə müdiri Vüqar Xəlilov Elmi-Tədqiqat İnstitutuna mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tədris otaqları müasir tələblərə cavab verən kompüter, lövhə, proyektor və ekranla, eləcə də daxili şəbəkə və internet xətləri ilə təchiz edilib:

"Burada eyni vaxtda 90 nəfərdən çox iştirakçıya tədris vermək üçün hər cür şərait yaradılıb, imtahan otağı xüsusi proqram təminatı vasitəsilə eyni anda 15 nəfərin imtahan verə biləcəyi şəkildə kompüter avadanlıqları ilə komplektləşdirilib".

O, Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində əsas məqsədin dağ-mədən sənayesində təhlükəsizliyin təmin olunması və təhlükəsizliyə dair məlumatları toplayaraq onları analiz etməkdən ibarət olduğunu bildirib:

"İnstitut “ISO 9001 Keyfiyyət idarəetmə sistemi”, “İSO 14001 Ətraf mühitin mühafizəsi idarəetmə sistemi” və “İSO 45001 Sağlamlığın mühafizəsi”, “Əməyin təhlükəsizliyi idarəetmə sistemi” beynəlxalq sertifikatlarına layiq görülüb".

Son xəbərlər

Orphus sistemi