Bərdədə su kanalında batması ehtimal olunan şəxsin axtarışları davam edir
- 25 iyul, 2023
- 08:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəbər verildiyi kimi, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun axtarışlarına başlayıblar.
Havanın küləkli və kanalda su axınının sürətinin yüksək olmasına baxmayaraq, hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.