İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var - YENİLƏNİB - VİDEO - ƏLAVƏ OLUNUB

İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var - YENİLƏNİB - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
26 Yanvar , 2020 14:50
İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var - YENİLƏNİB - VİDEO - ƏLAVƏ OLUNUB

Video əlavə olunub


***13:40

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı avtobusun Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonunun Bilzan kəndi ərazisindən keçən hissəsində “VAZ-2106” markalı minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. 

“Report” xəbər verir ki, hadisə zamanı “VAZ-2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və onların azyaşlı qızı Aysu Quliyeva ölüb. Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.

Qəza nəticəsində habelə “Mercedes-Benz” markalı sərnişin avtobusunun sərnişinləri, Bakı sakinləri - 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu xəsarət alıblar. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə zamanı xəsarət alan digər yaralılar təcili tibbi yardım stansiyalarının avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparılıblar.

Qeyd edək ki, hər iki avtomobil zərbənin gücündən yoldan çıxaraq aşıb.


***12:19

Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllı rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.

“Report” xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və “VAZ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, hadisə Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı həmçinin bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.  

Minik avtobusu ilə toqquşan “Mercedes-Benz” markalı sərnişin avtobusu Bakıdan Qəbələyə turist aparırmış. Hadisə yerinə həmçinin polis əməkdaşları və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi