Yuxarı
    Bağlamaq

    FHN Göygöl rayonunda baş verən yol qəzası ilə bağlı xəbərlərə aydınlıq gətirib

    “VAZ” markalı minik avtomobili qəzaya uğrayıb

    Bakı. 7 oktyabr. REPORT. AZ / Göygöl rayonu ərazisində “VAZ” markalı minik avtomobili qəzaya uğrayıb.

    “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nəticədə minik avtomobilinin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsində vəfat edib.

    Gəncə Regional Mərkəzinin xilasediciləri 1963-cü il təvəllüdlü Məmmədov Qəmşəddin Məhəmməd oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:05-də başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi