“Bakı Elektrik Maşınqayırma Zavodunun ərazisində yanğın hadisəsinin baş verməsi haqqında məlumat Fövqəladə Hallar Nazirliyini Dövlət Yanğından Mühafizə Xidmətinə 13:06-da daxil olub”.
Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyini Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov deyib.
O bildirib ki, ilkin yanğınsöndürmə bölmələri hadisə yerinə 6 dəqiqə sonra hadisə çatıb: “Yanğının mürəkkəbliyini, yayılma ehtimalının yüksək olduğu nəzərə alınaraq, əraziyə yüksək saylı çağırış elan edilib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 20 yanğın texnikası, 80-ə yaxın isə şəxsi heyəti cəlb olunub. Görülən tədbirlər nəticəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb. Yanğın zamanı 2 əməkdaşımız xəsarət alıb, həyatı təhlükəsi yoxdur. Yanğının səbəbləri araşdırılır”.