​FHN əməkdaşları su quyusuna düşmüş şəxsi xilas edib - FOTO - YENİLƏNİB

​FHN əməkdaşları su quyusuna düşmüş şəxsi xilas edib - FOTO - YENİLƏNİB 73 yaşlı kişi halsız olduğundan quyudan çıxa bilməyib
Hadisə
27 Mart , 2015 15:56
​FHN əməkdaşları su quyusuna düşmüş şəxsi xilas edib - FOTO - YENİLƏNİB

Bakı. 27 mart. REPORT.AZ/ Bakının Xəzər rayonunda 73 yaşlı kişi su quyusuna düşüb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1942-ci il təvəllüdlü kişi dərinliyi təxminən 15 metr olan quyuya nərdivan vasitəsilə düşüb, halsız olduğundan oradan çıxa bilməyib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi