Bakı. 30 sentyabr. REPORT.AZ/ Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə şəhərin Bakı istiqamətinə çıxışda Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. Belə ki, "Daewoo" markalı minik avtomobili hərəkətdə olarkən yolda təmizlik işləri ilə məşğul olan süpürgəçini vurub. Süpürgəçi qadın hadisə yerində dünyasını dəyişib. Daha sonra avtomobil yolun kənarında divara çırpılaraq yararsız hala düşüb. Maşında olan 36 yaşlı Əlizamin Hüseynov, 30 yaşlı Mansur Əliyev, 35 yaşlı Razim Pənahov və 33 yaşlı Kənan Məmmədov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Qeyd edək ki, qəza zamanı avtomobildə FHN-in əməkdaşları da olub. Faktla bağlı araşdırma aparılır.
FHN əməkdaşları Gəncədə qəzaya düşüb
FHN əməkdaşları Gəncədə qəzaya düşüb Faktla bağlı araşdırma aparılır
Hadisə
233
30 Sentyabr , 2015
13:11


Valeh Dadaşov
Report.az
https://static.report.az/photo/83925d7d-6354-31d2-baaf-39bc59708162_50.jpg
Tərəfdaşların xəbərləri
Ən çox oxunan xəbərlər
Paşinyanın ailəsi Moskvada qalmaqalla üzləşərək təhqir edildi
15 Yanvar , 2021
02:57
Karantin rejimində yas yerlərində iştirakla bağlı yeni qərar açıqlanıb
16 Yanvar , 2021
10:54
Azərbaycanda sərt karantin rejimi yumşaldılır
16 Yanvar , 2021
10:33
Azərbaycanda ötən ilin ən məşhur adları
13 Yanvar , 2021
11:13
İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş başa çatıb
11 Yanvar , 2021
18:51
Giriş-çıxışa qadağa qoyulan şəhər və rayonlarda hərəkət qaydası belə olacaq
16 Yanvar , 2021
10:56
"Yeralaş"ın Bakı filialını açmaq istəyən rəhbəri Boris Qraçevski vəfat etdi
15 Yanvar , 2021
00:27
İşğal altında olan 128 alban məbədi erməni qriqorian kilsəsinə çevrilib
14 Yanvar , 2021
16:58
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
14 Yanvar , 2021
23:39
Dövlət başçısı Xocalı rayonunun Sığnaq kəndində - VİDEO
15 Yanvar , 2021
13:53
Son xəbərlər
