​FHN Ələt qəsəbəsində mina tapılması ilə bağlı məlumat yayıb

​FHN Ələt qəsəbəsində mina tapılması ilə bağlı məlumat yayıb Ərazidə 1 ədəd TM-62 markalı mina aşkar edilərək zərərsizləşdirilib
Hadisə
13 Fevral , 2015 19:39
​FHN Ələt qəsəbəsində mina tapılması ilə bağlı məlumat yayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Ələt qəsəbəsində mina tapılması ilə bağlı məlumat yayıb.

"Report"un nazirliyə istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində partlayıcı qurğu olduğu ehtimal edilən şübhəli əşyanın aşkarlanması barədə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nəticədə qeyd olunan ərazidə 1 ədəd TM-62 markalı mina aşkar edilərək zərərsizləşdirilib. 

Son xəbərlər

Orphus sistemi