FHN “Diqlas”ın direktor müavininin ittihamlarına münasibət bildirib

FHN “Diqlas”ın direktor müavininin ittihamlarına münasibət bildirib Fövqəladə Hallar Nazirliyi (FHN) “Diqlas” ticarət mərkəzinin direktor müavini Araz Rəhimovun ittihamlarına münasibət bildirib.
Hadisə
210
3 Aprel , 2019 15:38
FHN “Diqlas”ın direktor müavininin ittihamlarına münasibət bildirib

Fövqəladə Hallar Nazirliyi (FHN) “Diqlas” ticarət mərkəzinin direktor müavini Araz Rəhimovun ittihamlarına münasibət bildirib.

FHN-in Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı “Report”a açıqlamasında ticarət mərkəzinümayəndəsinin nazirlik haqqında səsləndirdiyi fikirlərin əsassız olduğunu bildirib.

“Sözügedən ittihamları, ümumiyyətlə, müzakirə etməyə dəyməz” - deyə, Y.Babanlı əlavə edib.

Qeyd edək ki, “Diqlas”ın direktor müavini Araz Rəhimov ticarət mərkəzinin təhlükəsizlik qaydalarına əməl etmədən fəaliyyət göstərdiyinə icazə verdiyi üçün FHN-i ittiham edib. Bununla yanaşı, A.Rəhimov FHN tərəfindən hər il elektrik naqillərinin aktı üçün 250 manat tələb edildiyini, onlara bir ədədi 50 manatdan ödsöndürən satıldığını və yanğınsöndürənlərin yanğına laqeyd yanaşdığını bildirib. ”Diqlas” rəsmisi bütün bunların müşahidə kameralarında lentə alındığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi