Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir. Amma bundan zəhərlənmənin əlamətlərini hiss edə bilərik: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənən insanı dərhal təmiz havaya çıxarırıq, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad edirik, təcili tibbi yardım çağırırıq. Unutmayaq: Qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!"
FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib
Hadisə
13 Dekabr , 2014
12:01
https://static.report.az/photo/9d93c74f-5327-4db3-9bde-3c78c79bcfc9.jpg
Bakı. 13 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi dəm qazı təhlükəsi ilə bağlı (FHN) əhaliyə xəbərdarlıq edib. Nazirlikdən "Report"a bildirlib ki, dəm qazı təhlükəsi ilə bağlı görülən maarifləndirmə işləri bəhrəsini verməsinə baxmayaraq, yenə də təhlükəsizlik qaydalarına biganə yanaşanlar var: "Təhlükəsizliyimiz üçün bir daha xatırladırıq: Dəm qazının yaranmasının əsas səbəbləri nasaz və standartlara uyğun olmayan qaz cihazları, işlək vəziyyətdə olmayan ventilyasiya sistemi və tüstü bacalarıdır. Odur ki mənzildə istifadə etdiyimiz qaz cihazları dövlət standartları və təhlükəsizlik tələblərinə cavab verməli, mütləq uyğunluq sertifikatı olmalıdır, qaz cihazı istifadə olunan otağın, mətbəxin və ya hamamın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır, qaz cihazından istifadə etdiyimiz qapalı yerdə mütləq şəkildə havaçəkən sistem işləməli, nəfəslik açıq olmalıdır, mütləq hamamda ventilyasiya borusu, qapının aşağı hissəsində dəliklər olmalıdır. Hamamı isti saxlamaq üçün bunları bağlamaq olmaz. Tüstü bacalarını, ən azı, ildə iki dəfə təmizlətməliyik. Bu məqsədlə, mənzil kommunal istismar sahələrinə və ya bacaların təmizlənməsi ilə məşğul olan xüsusi lisenziyalı özəl şirkətlərə müraciət edilməlidir.