FHN: Bu il baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub

FHN: Bu il baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub 2017-ci ilin I rübü ərzində respublika ərazisində 2269 təbii və texnogen mənşəli hadisə baş verib
Hadisə
19 aprel 2017 11:57
FHN: Bu il baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub

Bakı. 19 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, 2017-ci ilin I rübü ərzində respublika ərazisində 2269 təbii və texnogen mənşəli hadisə baş verib/ Bu da 2016-cı ilin I rübü ilə müqayisədə 625 hadisə və ya 38% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 106 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 21 nəfər xilas edilmiş, 376 nəfər təxliyə olunub.

Son xəbərlər

Orphus sistemi