FHN bir sıra rayonlarda təxliyə tədbirləri həyata keçirib

FHN bir sıra rayonlarda təxliyə tədbirləri həyata keçirib Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit və kəskin keçməsi, intensiv yağıntıların düşməsi səbəbindən bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qal
Hadisə
20 Mart , 2022 19:50
FHN bir sıra rayonlarda təxliyə tədbirləri həyata keçirib

Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit və kəskin keçməsi, intensiv yağıntıların düşməsi səbəbindən bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, FHN-n yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal ərazilərə cəlb olunmuş müvafiq qüvvələri tərəfindən su basmış ərazilərdə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, gün ərzində Xaçmaz rayonunun Meşəli qəsəbəsində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində, Masallı rayonunun Köhnə Alvadı kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində müvafiq olaraq suçəkmə və təxliyə tədbirləri həyata keçirilib.

Ümumilikdə gün ərzində FHN-in qüvvələri tərəfindən Masallı və Cəlilabad rayonlarının su basmış ərazilərindən 12 nəfər və qarlı-şaxtalı havada Siyəzən rayonunda dağda yolu azaraq köməksiz vəziyyətdə qalmış 4 nəfər təhlükəsiz əraziyə təxliyə edilərək xilas olunub.

Son xəbərlər

Orphus sistemi