FHN Bakının Xətai rayonundakı bina yanğını ilə bağlı məlumat yayıb

FHN Bakının Xətai rayonundakı bina yanğını ilə bağlı məlumat yayıb Üç nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub
Hadisə
17 May , 2017 06:23
FHN Bakının Xətai rayonundakı bina yanğını ilə bağlı məlumat yayıb
Report.az

Bakı. 17 may. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi gecə saatlarında Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

"Report" FHN-in saytına istinadən xəbər verir ki, nəticədə yaşayış binasının 1-ci girişində şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi